Türkiyədə gənc qız intihar etdi – Seçki nəticələrinə görə

0

Türkiyədə “Marmaray”ın Yenikapı stansiyasında intihar hadisəsi yaşanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, intihar edən şəxs sonuncu – 12-ci sinif şagirdi olan gənc qız imiş.

Daha sonra onun məktubu yayılıb. Məktubdan aydın olur ki, gənc qız “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun qələbə çalmasını istəyib. Lakin seçki nəticələrində onun qələbəsini görmədiyi üçün (heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb – red.) intihara əl atıb.

“Gəncliyim oğurlanıb. Bir qadın olaraq özümü heç vaxt azad hiss etməmişəm”, – məktubda deyilir.

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener mayın 14-də keçirilmiş seçkilərlə bağlı bəzi statistik məlumatları elan edib. “Hazırda ölkə daxilində seçki qutularının 100 faizi açılıb. Seçici aktivliyi 88.92 faiz təşkil edir. Ölkə xaricində isə aktivlik 52.69 faiz olub. Xaricdə verilən səslərdən 35 874-ü sistemə daxil edilmə mərhələsindədir. Tam dəqiq olmayan nəticələrə görə, Ərdoğan 49.51 faiz, Kılıçdaroğlu 44.88 faiz, Oğan 5.17 faiz, İnce isə 0.44 faiz səs alıb”, – o deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »