ABŞ hüquq-mühafizə orqanlarında və kəşfiyyat qurumlarında eks-prezidenti Donald Trampın Rusiya ilə əlaqəsində dair sübutları yoxdur.
Bu barədə ABŞ Ədliyyə Departamentinin xüsusi prokuroru Con Daremanın hesabatında deyilir.
“Nə hüquq-mühafizə orqanları, nə də kəşfiyyat qurumlarının sövdələşməyə dair heç bir real sübutu yoxdur”, – məlumatda qeyd edilib.
Bildirilib ki, FTB-də Trampın yaxın ətrafından birinin Rusiya kəşfiyyat xidmətləri ilə nə vaxtsa əlaqə saxlaması barədə məlumat da olmayıb.