Məlumdur ki, ABŞ bu danışıqların tərəfi olmayıb. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru mühüm addımlardır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin xarici siyasət idarəsinin sözçüsünün müavini Vedant Patel Azərbaycan, Ermənistan və AB liderləri arasında baş tutan görüşə münasibət bildirərkən deyib.
“Mən iki tərəfin də yeniliklər barədə danışdığına ümid edirəm”, – o qeyd edib.