Türkiyədə 10 partiya lideri deputat seçilib – SİYAHI

0

Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb.

Ümumilikdə Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Son məlumatlara görə, parlament seçkilərində namizədliyi irəli sürülmüş 10 partiya lideri Türkiyə Böyük Millət Məclisinə daxil olmaq hüququ qazanıb.

Modern.az deputat mandatı qazanan partiya liderlərinin siyahısını təqdim edir:

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı

HÜDA-PAR-ın sədri Zekeriya Yapıcıoğlu

Demokratik Sol Partiyasının (DSP) sədri Öndər Aksakal

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan

Türkiyə Dəyişiklik Hərəkatının lideri Mustafa Sarıgül

Yaşıl Sol Partiyasının həmsədrləri İbrahim Akın və Çiğdem Kılıçgün 

Türkiyə Fəhlə Partiyasının sədri Erkan Baş

Halkların Demokratik Partiyası (HDP) həmsədrləri Pervin Buldan və Mithat Sancar

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »