20 partiya fəaliyyətini dayandırıb

0

1992–1993-cü illərdə Azərbaycanın Baş Prokuroru olan İxtiyar Şirinov tərəfindən yaradılan Milli Konqres Partiyası fəaliyyətinə son verib.

1998-ci ildən fəaliyyət göstərən partiyanın buraxılması haqqında bəyanatı sədr müavini Hikmət Şirinov imzalayıb.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 20-yə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:

1. Qorqud Partiyası
2. Azərbaycan Kommunist Partiyası
3. Azərbaycan Tərəqqi Partiyası
4. Vahid Azərbaycan Milli Birlik Partiyası
5. Aydınlar Partiyası
6. Müstəqil Xalq Partiyası (MXP)
7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
8. Yeni Yol Partiyası
9. Azərbaycan Respublikaçılar Partiyası
10. Müstəqil Azərbaycan Partiyası
11. Azərbaycan Vahid Kommunist Partiyası
12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
14. Milli Vəhdət Partiyası (MVP)
15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)
16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
17. Azərbaycan Təkamül Partiyası
18. Birlik Partiyası
19. Azərbaycan Azad Respublikaçılar Partiyası
20. Milli Konqres Partiyası

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »