Sülhməramlıları mütəmadi izləyirik – “Azərkosmos”

0

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində nə baş verdiyini biz mütəmadi görürük və lazımi qurumlara bildiririk.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qurum həmçinin işğaldan azad edilmiş ərazilərdə nəqliyyat, energetika, rabitə, meliorasiya və digər sahələrdə infrastruktur layihələrin icrası zamanı dəstək verir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »