“Gənclər öz dövlətinə hər sferada xidmət edirlər”

0

Gənclərə diqqət və qayğı müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öndə olub.

Azərbaycanın müstəqilliyini düşünən Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Gənclərimiz əbəs yerə Azərbaycanın gələcəyi kimi dəyərləndirilmir. Ölkəmiz müstəqillik qazandıqdan sonra, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Gənclər Gününün təsis edilməsi, ənənəvi olaraq Gənclər forumlarının təşkili onların öz potensial imkanlarını ortaya qoymalarına geniş yol açdı. Son 15 ildə ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Bu müddət ərzində imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na əsasən gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi və s istiqamətində çox mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının gündən-günə inkişaf etməsi hər birimizə məlumdur. Təbii ki, bütün bunlar Respublikamızın prezidenti Cənab İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Bununla da Respublikamızın gəncləri öz dövlətinə hər sferada xidmət edirlər. Buna görə də biz başda Cənab Prezident İlham Əliyev olmaqla gənclərə yaradılan bu şəraitə görə təşəkkürlərimizi bildirir və öz xalqımıza, dövlətimizə layiqincə xidmət edəcəyimizə söz veririk.

44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Respublikasının hərbi gücü ilə yanaşı sərgilədiyi mükəmməl diplomatik savaş bir daha onun göstəricisidir ki, Azərbaycan Respublikası həm hərbi, həm də diplomatik cəhətdən inkişaf etmiş bir dövlətdir. Azərbaycanın bu gücünə düşmənin mövqeyi də bələddir. Bir daha hər hansı bir provokasiya xarakterli və ya işğalçılıq siyasəti yürüdülərsə Azərbaycan ordusu öz gücünü göstərməyə hazırdır. “Dəmir yumruq” İlham Əliyevin də dediyi kimi hər zaman yerindədir. Çünki bütün Azərbaycan xalqı, eləcə də gəncləri o dəmir yumruq ətrafında birləşiblər.

Ermənistan tərəfi artıq məkirli siyasətindən əl çəkməli Azərbaycan Respublikasının maraqlarına uyğun olaraq sülh şəraitində yaşamağa davam etməlidir. Cənab Orezidentimizin də vurğuladığı kimi bizim üçün artıq müharibə bitmişdir, biz artıq növbəti mərhələlərə, iqtisadi-siyasi inkişafımıza baxırıq. Cənab İlham Əliyevin simasında Azərbaycan Respublikası daim çiçəklənən dövrünü yaşayacaq.

Bu gün Azərbaycan gəncinin üzərinə düşən əsas vəzifə daimi olaraq öyrənmək, mütaliə etmək, ən əsası da olduğu sahədə mütəxəssis kimi formalaşmaqdır. Dövlətin yaratdığı şəraiti yüksək dəyərləndirməli olan gənclər öz inkişaf tendensiyasını müəyyən etməli, bu istiqamətdə əzmkar şəkildə mübarizə aparmalıdır.

İsmayılov Raman Hadi oğlu
ADPU Filologiya, İngilis dili müəllimliyi, İND 2010 B

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »