Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətinin pisləməsi də bununla bağlıdır: “Halbuki bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.