ADR partiyasından qopmalar başladı: üzvlər istefa verdi

0

ADR Partiyasının sədri Qubad İbadoğlunun fəaliyyətinə etiraz olaraq Partiyanın qurucu üzvü və idarə heyətinin üzvü İsmayıl Nəzirli istefa verməsilə bağlı bəyanatla çıxış edib. İ.Nəzirlinin bəyanatına digər təşkilat üzvləri də qoşulublar. İ.Nəzirli bəyanatı facebook hesabından paylaşıb. Bəyanatın mətnini təqdim edirik:

“Əziz media nümayəndələri. Quruculuğunda yaxından iştirak etdiyim ADR adlı hərəkatın (sonra partiya) yaradılmasından bizi 9 il zaman ayırır. Biz bir qrup şəxs Müsavat partiyasından ayrılaraq ADR hərəkatını yaratdıq. Hərəkatı yaratdığımızda hesab edirdik ki, nəhayət respublikamızda demokratik prinsiplərlə idarə olunacaq bir siyasi partiyanın əsası qoyula bilər. Zatən təşkilatın qurulmasının ideya müəllifi olan dostlarım və mən bunu hədəf götürmüşdük. Qubad İbadoğlu faktiki olaraq bu təşkilata rəhbərliyi qiyabi həyata keçirirdi. Əsas yük təşkilatın qurucularının çiynində idi. ADR partiya olandan sonra təşkilatda hərc-mərclik, qeybət, yalançı təbliğat işə düşməyə başladı. Bir qrup şəxs Qubad İbadoğlunu öz mənasız tərifləri ilə şar kimi şişirtməyə başladılar. Təşkilat tədricən yanlış yola qədəm qoymağa başladı, avantüristlər önə çıxdı, səmimi hərəkatçılar sıxışdırldı. Təşkilata ağına-bozuna baxmadan, sıra sayını artırmaq prinsipi ilə digər partiyalardan qovulanları, kriminalları belə üzv qəbul etməyə başladılar. Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, bu işlərə daha da rəvac verdi. Bu isə təşkilatda sınanmış hərəkatçıların haqlı etirazına səbəb olmağa başladı.

Bu gün bir daha əmin olduq ki, Qubad İbadoğlunun ümumiyyətlə lider keyfiyyətləri yoxdur, yalnız şəxsi maraqlarını düşünən Q. İbadoğlu, çox təssüflər olsun ki, təşkilata gəlir mənbəyi kimi baxır. Təşkilatı Azərbaycanı hədəf seçən bəzi beynəlxalq güclərin alətinə çevirərək, onlardan aldığı qrantları özünün və ailəsinin rifahı üçün xərcləyir, yalnız özünün və övladlarının gələcək karyerasını qurmaq üçün istifadə edir. Onun yalançı reytinqi isə artıq havada partlamış şarı xatırladır. Əvvəlcə hərəkat, sonra partiya, daha sonra yenə hərəkata çevrilən ADR bütün bunlardan sonra aprel ayının ortalarında yenidən partiya kimi qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə nazirliyinə təqdim etmiş və bunları partiya üzvlərindən, ictimaiyyətdən gizlətmişdir. Daha sonra isə 7 may tarixində Ali Məclisin toplantısını çağıraraq yenidən partiya kimi davam etmək qərarı vermiş və ictimaiyyətdən gizlətmişdir. Bu da onu göstərirki Q.İbadoğlu yenidən hansısa Azərbaycan əleyhinə olan güclərdən təlimat və qrantlar almışdır. Ona görə də mən və aşağıda imza edən partiya üzvləri, bundan sonra, fəaliyyətimizi ADR-də davam etdirməyi mənasız və puç hesab edərək istefa verdiyimizi bəyan edirik. Əmin olduğumuzu bildiririki bizim bəyanatımıza digər partiya üzvləri də qoşulacaqdır.

Veyisov Fəxrəddin Qəfər oğlu
Tağıyeva Sevda Hüseyn qızı
Abdullayeva Sultan Cavanşir qızı
Nəzirli Orxan Dilavər oğlu
Məmmədova Aygün Baba qızı
Qasımov Səməd Səyavuş oğlu
Əliyeva Səkinə Qədir qızı
Tatarov Qurban Vilayət oğlu
Babayeva Tehran Baba qızı
Kərimov Alı Məcid oğlu
Hacıyeva Mədinə Cabbar qızı
İbrahimov Ziyadxan İslam oğlu
Məsmalıyeva Gulnar Yaşar qızı
Yusifov Qüdrət Elxan oğlu
Abudllayev Nizami Abdüləli oğlu
Kiçikov Orxan İsfəndiyar oğlu
Nəzirli Hüseynəli İsmayıl oğlu
Abdulzadə Həsrət Natiq oğlu
Veyisov Qəfər Xəliddin oğlu
Heydərli Emin Üzeyr oğlu
İbrahimov Sərxan Ziyadxan oğlu
Babayev Cavid Ərəstun oğlu
Yolçuyev Mansır Cavanşir oğlu
Məmmədov Kamil Elburus oğlu
Nəzirli Nərmin Baba qızı
Kərimov Vusal Alı oğlu
Vəliyeva Arzu Qədir qızı
Tağıyev Tağı Rəşad oğlu
İsgəndərov Nadir İslam oğlu
Qocayev Rüfət Ziyadxan oğlu
Veyisov Xəliddin Qəfər oğlu
Mustafayeva Güllü Azər qızı
Talıbov Fuad Tofiq oğlu
Orucov Oruc Novruz oğlu”.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »