Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Kiyevə atılan bütün PUA-ları vurub.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.
“Bu dəfə Kiyevə ancaq dronlarla hücum edildi. İlkin məlumata görə, ruslar həmişəki kimi İranın “Şahid” PUA-larından istifadə ediblər. Düşmənin taktikası dəyişməz qalır və hücumlar qaranlıqda həyata keçirilir. Gecə saatlarında Rusiya müxtəlif istiqamətlərdən “Şahid”ləri işə salır. Hava hücumu nəticəsində paytaxtda tələfat və dağıntı yoxdur”.