Bu aksiya milli hərəkata təkan verəcək – Kamrani

0

“Azadlıq və Ədalət” yürüşü istər daxildə, istər beynəlxalq miqyasda müsbət təsir buraxdı. Buna “Traktor”un oyunlarında, millətin söz-söhbətlərində də şahid olduq.

Bu sözləri Axar.az-a “Azadlıq və Ədalət” Yürüşünün sözçüsü Saleh Kamrani Berlində keçirilməsi nəzərdə tutulan aksiya haqqında danışarkən deyib.

Azərbaycan Milli Hərəkatının gücünün tam mənası ilə ciddiyə alınmasının bir ilk olduğunu deyən Kamrani növbəti aksiyada daha çox birliyin nümayiş etdiriləcəyinə inandığını bildirib:

“Martın 25-də Brüsseldə keçirdiyimiz yürüş haqqında yaxşı mənada danışdılar. Bizi türk düşmənləri boykot etdi, lakin BBC kanalının Brüssel yürüşü ilə bağlı hazırladığı reportaj, bir həftə ərzində baş verən hadisələr, Bakıda olan konfrans, düşmənlərin reaksiyası müxtəlif qruplarda təmsil olunan dostların Azərbaycana baxışlarının müsbət mənada dəyişdiyini göstərdi. Azərbaycan onlar üçün də getdikcə ümid qaynağına çevrilir. Bu, müxalifləri də qorxudur. Berlin yürüşü də bu baxımdan əhəmiyyət daşıyır. Mayın 20-də Berlində nəzərdə tutduğumuz aksiyada Brüsseldəkindən iki qat çox insan iştirak edə bilər”.

Saleh Kamrani bildirib ki, hazırda yürüşlə bağlı məlumatların daha geniş ictimaiyyətə çatdırılması önəmlidir:

“Hər şey bizdən asılıdır. İndi dostlarımızın və düşmənlərimizin diqqət mərkəzindəyik. Berlin yürüşümüz daha önəmlidir. Daha çox çalışmalıyıq. Özəlliklə, sosial şəbəkələrdə fəal olmaq vacibdir. Odur ki, bizi dəstəkləyən insanlar bu sahədə köməyi artırsalar, yaxşı olardı. Xordad qiyamı ilə eyni tarixdə keçirildiyi üçün bu yürüşü daha yüksək şəkildə ortaya çıxarmağımız mühümdür. Bu, bizim milli hərəkata daha ciddi təkan olacaq“.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »