Abşeron rayonunda qadın bıçaqlanıb, əri şübhəli bilinir.
Hadisə mayın 2-də rayonun Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, həmin evdə kirayədə yaşayan 1991-ci il təvəllüdlü R.Kərimova əri, 1987-ci il təvəllüdlü Ş.Kərimov tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.