Xankəndidəki mülki ermənilər tarixi ədalətin bərpasını qəbul edir – MHP sədri

0

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qoyulan Azərbaycanın nəzarət buraxılış məntəqəsinin öz təməl funksiyasını yerinə yetirməyə başlaması hamımızı sevindirir. Ötən gün ərazidən yayılan videogörüntülərdə Qarabağdakı erməni əsilli vətəndaşlarımızın sərhəd-gömrük xidmətimizin əməkdaşları tərəfindən pasport yoxlamasından keçərək hər iki istiqamətdə məhdudiyyətsiz hərəkət etmələri açıq-aydın görünür.

Bu görüntülər erməni yalanlarını ifşa etmək, Ermənistanın dünya birliyini inandırmağa çalışdığı “blokada” iftirasının elə iftira olduğunu sübut etmək baxımından olduqca əhəmiyyətlidir.

Bu görüntülərin psixoloji önəmi də olduqca mühümdür. Xankəndidəki mülki ermənilər reallıqla barışır, tarixi ədalətin bərpasını qəbul edir və bu yerlərin əsl sahibinin kim olduğunu etiraf etməli olurlar. Digər psixoloji məqam isə ondan ibarətdir ki, Azərbaycanın rəsmi qurumları ilə erməni sakinlərin təmas qurması çox rahat bir şəkildə baş verir. Heç bir insident yaşanmır.

Ona görə də Ermənistanın millətçi kəsiminin, erməni müxalifətinin və dünya erməniçiliyinin Azərbaycanı qorxunc obrazda təqdim etmək cəhdləri də artıq iflasa uğrayır. Bizim ermənilərə qarşı diskriminasiya siyasəti aparmaq fikrimiz yoxdur. Biz sadəcə suverenliyimizi və ərazi bütövlüyümüzü təmin edirik. Dünya birliyi də artıq bu reallığı qəbul edir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »