Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir

0

Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənc nəslə qoyulan investisiya dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.

Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti dövlətin ―Gənclik kapitalına xüsusi yanaşmasının təcəssümüdür. Qəbul
edilən proqramlara uyğun olaraq keçirilən tədbirlər, müxtəlif sahələrdə gəncləri maraqlandıran məsələlərin həllinə dair verilən sərəncamlar, qəbul edilən qərarlar, dövlət orqanlarının və ictimai təşkilatların fəaliyyəti, gənc nəslə təhsil, elm, incəsənət, səhiyyə, iqtisadiyyat və digər sferalarda dəstək, gənclərin problemlərinin həllinə yönəlmiş hərəkətlər Azərbaycan dövlətinin gənclərə diqqətinin bariz nümunəsidir.

Azərbaycan Rerspublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə bugünkü gənc sabah ölkəni idarə edəcəkdir. İ. Əliyevin rəhbərliyi ilə ökə əhalisinin 31%-dən çox hissəsini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə gənc nəslin nümayəndələrinin dövlət idarəçiliyi sistemində iştirakının həyata
keçirilməsi, onların səmərəli məşğulluğunun təmin edilməsi, gənclərin potensialından dövlətimizin rifahı naminə istifadə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması Azərbaycan Respublikasının hər bir vətəndaşı, o cümlədən, müxtəlif ölkələrdə
yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur və hər bir azərbaycanlı bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Azərbaycanın aparıcı qüvvəsi olan gənclər bu istiqamətdə daha fəaldırlar. Bununla bağlı, Azərbaycanın inkişafına istiqamətlənən, əsası Ümummilli lider H.Əliyev tərəfindən qoyulan və Prezident İ.Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması heç kimə sirr deyil. Bu gün Azərbaycan gəncləri öz ölkəsinin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, Azərbaycan Respublikasının bayrağını yüksəkliklərə qaldıraraq dünya səviyyəli idman yarışlarında fərqlənir. Bütün bu tədbirlərinin davamlılığının artırılması dövlətin siyasətinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır.

Oqtay Əhmədov
BDU BMİ politologiya fakültəsi, l kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »