Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan təcili əməliyyata olunacaq 12 nəfəri müalicə üçün Ermənistana aparıb.
Modern.az “Sputnik Armenia”ya istinaədn xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 6 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıdıb.
Qeyd olunub ki, ümumilikdə, Laçın yolundakı aksiya başlayandan bəri Qarabağdan Ermənistana 365 pasient aparılıb.