Zaqatalada itkin düşən hindistanlı turisti tapana 200000 manat mükafat veriləcək

0

Zaqatala itkin düşən hindistanlı turist Manikanth Kondaveetin ailəsi müraciət edib.

Avrasiya.net-in redaksiyasına daxil olan müraciətdə deyilir:

Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 200000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik. Biz axtarış ərazisinin Zaqataladakı meşə sahəsindən bütün Azərbaycana genişləndirilməsini xahiş edirik.

Qaydalar və Şərtlər:

1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

Manikantın anasının müraciəti:

Biz, oğlum Manikantı sağ-salamat tapan Azərbaycanlıya pul mükafatı verəcəyik.

Mən, Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, Manikant Azərbaycana səmimi şəkildə dəvət olundu və o, hamıdan çox razı idi və hər kəsə hörmətlə yanaşırdı. Hamı onunla dostcasına və mehriban idi, o da hər kəslə dost idi və böyüklərə hörmətlə yanaşırdı. O, yaşlılara kömək edirdi, yaşlılar da öz növbəsində ona yaxşı mənada köməklik göstərirdilər. Manikanth şahmat, ingilis və fransız dillərini öyrədə bilər. Evə tezliklə qayıtmağa çalış.

Azərbaycanlılar istəyəndə o, yenə gələcək və xeyriyyəçi yollarla köməklik göstərəcək. Kim Manikantı tapsa, telefon əlaqələrini valideynlərinə versin. Onun telefonu işləmir, zəhmət olmasa, telefonla bağlı ona köməklik edin.

Manikantın Azərbaycandakı yaxşı dostlarından hər hansı biri turistik yerləri görmək üçün bizim ölkəmizə dəvət oluna bilər. Manikanta köməklik göstərən hər hansı ailə və ya ailələrə ölkəmiz açıqdır və buradakı turistik yerləri görmək üçün dəvət olunacaqlar. Bu çağırışı oxuyan və onun ölkəmizə geri qayıtmağına köməklik göstərəcək Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycan xalqına çox təşəkkür edirəm.

Son olaraq, mən, Azərbaycan hökuməti və bürokratlardan Manikantın tapılmasına köməklik göstərmələrini xahiş edirəm.

Biz, sizin ölkənizə hörmətlə yanaşırıq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »