Hava yaxşılaşanda Rusiya hücuma keçəcək – ABŞ rəsmisi

0

Rusiya hava şəraiti yaxşılaşdıqdan sonra cəbhənin bir neçə sektorunda hücuma keçə bilər.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

O qeyd edib, ABŞ əks-hücum həyata keçirməsi üçün Ukraynanın müdafiə qabiliyyətini hər cür gücləndirir.

Kirbi Ukrayna ordusunun təxirəsalınmaz ehtiyaclarının zirehli texnika, artilleriya, hava hücumundan müdafiə sistemləri və maddi-texniki təminat olduğunu deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »