Şabran Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in verdiyi 7 fevral 2023-cü il PHŞ – 6/3-1-145/2023 və 27 yanvar 2023-cü il PHŞ -6/3-1-106/2023 əmrlərə əsasən Tibbi Şuranın iclası keçirilib.
Avrasiya.net xəbər verir ki, iclasda bu əmrlərə əsasən komissiya tərkibi təyin edilib. Tibbi Şurada hamiləlik, doğuş, zahılıq, dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili və uşaqlar arasında baş vermiş ölüm hallarının təhlili və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi məsələsi, eyni zamanda 2022-ci ilin yekunu və 2023-cü ilin hesabatları dinlənilib.
İclasda Şabran RMX-nin direktoru Səxavət Cəbrayılov, müalicə işləri üzrə müavin, baş həkim Kəmalə Süleymanova, eyni zamanda Şabran RMX-nın tabeliyində olan kənd tibb məntəqələrinin mamaları və tibb işçiləri iştirak edib.
Şurada mama-ginekoloji xidmətlərdə müzakirə edilib. Kənd tibb məntəqələrinin işçiləri tibbi şurada müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.