“Bizə göstərilən etimadı doğrultmalıyıq”

0

Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkəmiz gənclərin inkişafı üçün dövlət bütün imkanları yaradır. Bu istiqamətdə Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. O, Ümummilli lider Heydər Əliyev “hər bir Azərbaycan gənci ilk öncə müstəqil Azərbaycanın bü günü, gələcəyi haqqında düşünməlidir” fikirlərini səsləndirərək, tələbələri bu missiyanı layiqincə davam etdirməyə çağırıb.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub.

Son 18 ildə gənclər siyasəti və gənclərlə iş sahəsində həyata keçirilmiş irimiqyaslı layihələr, qəbul edilmiş dövlət proqramlarının gənclərin bütün sahələrdə fəallığının artmasına təsiri haqqında geniş fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə çalışan gənclərin fikirləri dinlənilib.

Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Respublikamızda ordu quruculuğu, vətənpərvərlik tərbiyəsi, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşməyib və öz müsbət rolunu göstərib. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.

Gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir. Bu amil qlobal rəqabətə davamlılığının vacib şərtlərindəndir. Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir.

Biz gənclərdən yalnız bu prinsiplərə layiqincə əməl etmək tələb olunur. Bu günün gəncləri ictimai sferada nə qədər fəal olurlarsa bir o qədər dövlərinə, xalqına bağlılığı möhkəmlənir. Təhsil almaqla yanaşı vətənpərvərlik hisslərini qoruyub saxlamalıyıq. Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulamış, bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq demişdir: “Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır”.

Gənclərlə aparılan olduqca rəngarəng mündəricəli vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini təlim-tədris prosesindəki iş təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bunun üçün geniş imkanlar mövcuddur. Bu baxımdan orta məktəblərdə, eləcə də təhsilin digər pillələrində tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyatın, tarixin potensialı daha böyükdür. Bu fənlərin tədrisi şagirdləri, tələbələri müvafiq biliklərlə silahlandırdığı kimi onların vətənpərvərlik ruhunda tərbiyəsinə də güclü təsir göstərir, gənclərdə milli mənlik şüuru formalaşdırır.

Biz gənclər də öz növbəmizdə bizə göstərilən etimadı doğrultmağa çalışırıq. Dövlətimizin başçısı tərəfindən göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplayır, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğruldurlar. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri döyüş meydanında düşmənə layiqli cavablarını verərək əsl qəhrəmanlıq nümayiş etdirdilər.

Nərgiz Quluzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sabah qrupları, ibtidai sinif müəllimliyi ixtisası, 3-cü kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »