Türkiyənin Eskişehir vilayətində fəhlələri daşıyan avtobus aşıb.
“Anadolu” agentliyi xəbər verir ki, hadisə vilayətin İnönü rayonunda baş verib.
Belə ki, İnönü-Bozüyük magistralının 7-ci kilometrliyində hərəkət olan avtobus aşaraq tarlaya girib. Nəticədə 3 nəfər həyatını itirib, daha 31 nəfər isə xəsarət alıb.
Əraziyə jandarm və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.