Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinq ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Hindistan-Ermənistan müdafiə əməkaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyə görüşdə qeyd olunub.