Yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 18 milyard 479,9 milyon manat və ya hər nəfərə orta hesabla 1823,7 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 16 milyard 345,3 milyon manat təşkil edib.