Erməni deputat: “Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə görə utanıram”

0

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”, – deyə o, özünün feysbuk səhifəsində yazıb.

O.Ağazaryan bu insidentə görə utandığını da qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »