Ağırlıqqaldırma üzrə millimiz İrəvanı tərk etdi

0

“Ağırlıqqaldırma üzrə Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

Qeyd edək ki, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb. Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »