Üç ölkə Rusiyaya qarşı birləşir

0

Ukrayna, Moldova və Rumıniya Rusiyanın təbliğat və dezinformasiyasına birgə qarşı çıxmaq barədə razılığa gəlib.

Axar.az xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər və müdafiə nazirlərinin birgə bəyanatında qeyd edilib.

Məlumatda bildirilib ki, Rusiya Ukrayna, Moldova və digər ölkələrdəki vəziyyətlə bağlı hibrid taktikalardan fəal istifadə edir:

“Öz xarici siyasətimizi və ittifaqlarımızı sərbəst seçmək, qanuni özünümüdafiə, dayanıqlığı gücləndirmək və bölgəmizdə sabitliyi, təhlükəsizliyi və firavanlığı təmin etmək hüququnu qorumaq üçün lazım olduğu qədər əməkdaşlığa davam edəcəyik”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »