İrəvandan Rusiyaya cavab: Tələbiniz anlaşılmazdır

0

Ermənistan dövlət maraqlarını rəhbər tutaraq irəliləyir. Ona görə də Zaxarovanın Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı açıqlaması anlaşılmazdır.

Bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan İrəvanın NATO təlimlərində gözlənilən iştirakını şərh edərkən deyib.

“Zaxarovanın aydınlaşdırma tələb etməsi bir az anlaşılmazdır. Ermənistan strateji tərəfdaşı olan Rusiya ilə dostluq, eləcə də digər tərəfdaş ölkələrlə isti münasibətlər saxlayır. İrəvan silahlı qüvvələrinin döyüş hazırlığının inkişafı və artırılması üçün hər şeyi edir”, – o bildirib.

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kremlin erməni tərəfdaşlarından NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlama tələb etdiyini bildirmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »