Zurabişvili Strasburqa gedə bilmir

0

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Strasburq səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Administrasiya bunun səbəbini Gürcüstan hökumətinin səfərə icazə verilməsini süni şəkildə uzatması ilə əlaqələndirib.

Qeyd edək ki, Salome Zurabişvili aprelin 18-də Strasburqa səfər edərək Avropa Parlamentində çıxış etməli idi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »