Açıq-aşkar görünür ki‚ məkrli İran molla rejimi Qafqaz regionu ilə birgə Yaxın Şərq regionunda da terror və hərbi təxribatlar yaratmağa çalışır. Terrorist İran molla rejiminin diktəsilə Həmas və Hizbullah terror şəbəkəsi tərəfindən İsrailə qarşı raket hücumları və ardı-arda terror aktları törədilir. Livan və Qəzza şeridindən İsrailə mülki insanların olduğu yaşayış obyektlərinə‚ inzibati dövlət binalarının yerləşdiyi ərazilərə onlarla raket atılıb.
Bunu İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycandakı Regional Nümayəndəliyinin Direktoru Dr. Mirsamir Məmmədov deyib.
O, qeyd edib ki, Dəmir Qübbə Hava Hücumundan Müdafiə Sistemləri hər nə qədər atılan raketləri zərərsizləşdirsə də‚ mülki sakinlər‚ günahsız insanlar raket hücumlarından zərər görüb. Təl-Əviv də daxil olmaqla İsrailin bir çox şəhərində xain terrorçular tərəfindən növbəti terror aktları törədilib. İsrail dövləti dünyada ən çox terrora məruz qalan ölkədir və yəhudi xalqı terrordan ən çox əziyyət çəkən xalqdır. İsrail dövlətinin mehriban qonşuluq siyasətinə baxmayaraq terror hücumları səngimir və İsrail vətəndaşlarına radikal ərəblər və fələstinli terrorçular tərəfindən mütamadi terror hücumları baş verir:
“Açıq aşkar görünür ki‚ İsrailə qarşı törədilən bu qanlı terrorların arxasında İranın məkrli və cinayətkar terrorist molla rejimi dayanır. Bütün dünyaya məlumdur ki‚ Hizbullah terror şəbəkəsi İran molla rejimi tərəfindən yaradılıb və Livan əraziləri birbaşa İranın və Hizbullah terrorçularının nəzarətindədir. İsrailə edilən raket hücumları İranın molla rejiminin diktəsilə edilir. Həmçinin Qəzza zolağındakı terrorçular da birbaşa mənfur İran rejiminin nəzarətindədir. İran rejiminin göndərdiyi silahlar və verdiyi maliyyə hesabına silahlanam Həmas və Hizbullah terror quruplaşmaları aktivləşərək hazırda İsrail ərazilərinə qarşı ağır terror hücumları‚ hərbi cinayətlər həyata keçirir. Məkrli və cinayətkar İran molla rejimi cənubi Qafqazda‚ Azərbaycan və Ermənistan sərhədlərində olduğu kimi‚ yaxın Şərqdə də hərbi cinayətlər‚ terror və təxribatlar həyata keçirir. Terror və günahsız insan qətliamı bütün səmavi kitablarda qadağan olunmuş və lənətlənmş bir əməldir. İsraildə baş verən terror aktını və terroru törədən cinayətkarları lənətləyirik”.
M.Məmmədovun fikrincə, İsrailin terrorçulara qarşı mübarizə aparmaq‚ ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq haqqı və hüququ vardır. İsrail dövlətinin beynəlxalq qanunlarla özünü müdafiə hüququ var. Həmçinin İsrail dövləti öz ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumağa borcludur. Bu səbəbdən istənilən hərbi və anti-terror əməliyyatını keçirtmək‚ terrorçuları zərərsizləşdirmək‚ ərazisini və mülki vətəndaşlarını qorumaq İsrail dövlətinin beynəlxalq qanunlarla tənzimlənən hüququdur.