İrəvan təkzib etdi: Onu azərbaycanlı öldürməyib

0

Hazırda İstintaq Komitəsində Zəngəzur mis-molibden zavodunun işçisini azərbaycanlının öldürməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Bu barədə Ermənistan İstintaq Komitəsindən verilən məlumatda bildirilib.

“İstintaqda cinayətin azərbaycanlılar tərəfindən törədilməsinə dair heç bir sübut yoxdur. Cinayət işi çərçivəsində cinayətkarın və ya cinayətkarların aşkarlanması üçün bütün zəruri tədbirlər, əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi öldürülüb. Ermənilər bu cinayətin Ermənistan sərhədini keçən azərbaycanlı hərbçi tərəfindən törədilə biləcəyinə eyham vururdular.

Duman səbəbindən yolu azaraq, Ermənistana keçdiyi bildirilən 2 azərbaycanlı əsgərin ikincisinin də az öncə tapıldığı və saxlanıldığı haqda Ermənistan MN açıqlama yayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »