Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir – XİN

0

2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl Ermənistan istehsalı olan 2021-ci il üçün minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.

“Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir”, – XİN-dən bildirilib.

Qeyd edək ki, aprelin 12-də Laçında daha 1 nəfər mülki şəxs minaya düşmüşdü.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »