ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı G20 Zirvəsində görüşdükləri zaman ölkəsinə səfər etməyə dəvət edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Ərdoğan səfəri seçkilərdən sonra təşkil etməyi təklif edib. Türkiyə lideri səfərin seçkilərdən öncə baş tutmasının fərqli şəkildə qarşılana biləcəyini bildirib.