İrandan külli miqdarda narkotik gətirən dəstə üzvləri tutuldu – FOTO

0

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə əməliyyat həyata keçirib.

Bu barədə DİN-in məlumatında deyilir.

Məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.

Tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad Budaqov və Elşən Məmmədov Masallı rayonu ərazisində tutulublar. Bu şəxslərdən və onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »