Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın XİN başçısı Buyar Osmani ilə görüşüb.

Bu barədə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, nazir ATƏT sədrini XİN-in inzibati binası qarşısında qarşılayıb.

Daha sonra tərəflər təkbətək görüşə başlayıblar.

Comments are closed.

Tərcümə »