Ukrayna 9 aya nüvə silahı yarada bilər – Arestoviç

0

“Ukrayna 9 aya nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur”.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

“Biz bunu 6 aydan 9 aya qədər bərpa edə bilərik. Lakin bu yolla biz uğrunda mübarizə apardığımız beynəlxalq müqavilələr sistemini pozmuş olacağıq. Ümumbəşəri və ümumavropa tendensiyaları çərçivəsində qalmalıyıq”, – o əlavə edib.

Onun sözlərinə görə, Ukraynanın indiki mövqeyində qalaraq beynəlxalq hüquq sisteminin tərəfdarı olması daha yaxşıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »