Hakimləri tam dəstəkləyirəm və ABŞ-ın məhkəmə sistemimizə müdaxiləsinə qəti qarşıyam.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Biz ABŞ Dövlət Departamentinin qərarında heç bir sübut görmədik. Bu məsələ məndə böyük bir sual yaradır. Kədərli və anlaşılmazdır. Düşünürəm ki, həqiqət üzə çıxacaq. Biz tərəfdaşlarımızla danışacağıq, heç bir sual cavabsız qalmayacaq. Hökumət hakimləri təzyiqlərdən qorumaq üçün əlindən gələni edəcək”, – Qaribaşvili bildirib.
Qeyd edək ki, ABŞ Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünə əhəmiyyətli korrupsiyada iştiraka görə viza sanksiyaları tətbiq edib.