Azərbaycanın 44 gündə əldə etdiyi qələbəni nəzərə alaraq görürük ki, ölkənin uğurlarını qəbul etməyən qüvvələr var.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı təhdidlər müşahidə edilir: “Bu məqamda Türk Dövlətləri Təşkilatı ilə əlaqələrə xüsusi diqqət yetirməliyik. Cənab Prezidentin Türk dövlətlərinə səfərləri bir daha göstərir ki, Azərbaycanın din və dil qardaşları ilə daha sıx əməkdaşlıq etməliyik. Türk dövlətləri ilə təkcə humanitar, iqtisadi, mədəni sahədə deyil, müdafiə və təhlükəsizlik məsələsində əməkdaşlıq etməliyik. Dünyada bununla bağlı müxtəlif praktikalar var, elə Avropa Birliyini nümunə olaraq göstərə bilərik. Ona görə də Türk dövlətləri arasında inteqrasiyanı daha dərindən etməliyik”.