Deputatların maaşının YAŞAT Fonduna verilməsi təklif edildi

0

Deputatların maaşlarının bir hissəsinin YAŞAT Fonduna verilməsi təklif edilib.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

“Mən qazilərimizlə danışıqlar aparanda onlar bildirirlər ki, YAŞAT Fondunda maliyyə çatışmazlıqları var. Ona görə də müalicələrdə gecikmələr olur. Mən təklif edirəm ki, bu ay əmək haqlarımızın bir hissəni YAŞAT Fonduna bağışlayaq. Bununla da biz digər imkanlı şəxslərə nümunə ola bilərik. Ümid edirəm ki, deputat həmkarlarım bu ay əmək haqlarının bir hissəni YAŞAT Fonduna bağışlamaqla nümunə olacaqlar”,- deyə parlamentari vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »