Azərbaycandan 3 ay ərzində qaz ixracı bu qədər artdı

0

Yanvar-mart aylarında Azərbaycandan qaz ixracı 11.2% artıb.

Axar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Tvitter hesabında paylaşım edib.

O bildirib ki, sözügedən müddət ərzində Azərbaycandan Avropaya 2.9 mlrd. m3 çatdırılıb:

“Türkiyəyə 2.7 mlrd.m3, Gürcüstana isə 0.9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 1.4 mlrd. m3 qazla təchiz edib”.

P.Şahbazov qeyd edib ki, operativ məlumatlara əsasən, ölkəmizdən neft-kondensat hasilatı 7.7 mln. ton, ixracı isə 6.4 mln. ton olub:

“Bu dövrdə 3% artımla hasil edilmiş 12.2 mlrd. m3 qazın 6.5 mlrd. m3-i ixrac olunub”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »