Avropa Birliyi Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Avropa Parlamentinin deputatlarına istinadla məlumat yayıb.
Avropa Parlamentinin Almaniyadan olan deputatı Qunnar Bek də bildirib ki, AB bu həftə ərzində Rusiyaya qarşı sanksiyaları qəbul edə bilər. Onun sözlərinə görə, sanksiyalardan yayınmağa qarşı tədbirlər üçüncü ölkələrə də – xüsusilə Türkiyə, Qazaxıstan və ərəb ölkələrinə də təsir edə bilər.