Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.
“Report”un məlumatına görə, baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.
FHN-nin Əməliyyat-İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.