İran polisi hicabsız qadınları “ağıllı kameralar”la izləyəcək

0

İran Daxili İşlər Nazirliyi ölkədə hicabsız gəzən və ya baş örtüsünü yanlış geyinən qadınları müəyyən etmək üçün ictimai yerlərdə və küçələrdə “ağıllı videokameralar” quraşdırmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Tədbir guya “hicab qanununa müqavimətin” qarşısını almaq məqsədi daşıyır.

“Reuters”in məlumatına görə, qanunu pozanlar ilkin mərhələdə bunun nəticələri barədə xəbərdarlıq məktubları alacaqlar.

Qanunu ikinci dəfə pozanların həbs ediləcəyi ehtimalı daha yüksəkdir.

Bundan əvvəl İranın “Donya-e-Eqtesad” qəzeti İran parlamentinin deputatı Hüseyn Cəlalinin təklifini dərc edib.Təklifə əsasən ölkədə hicab geyinməyən və ya yanlış geyinən qadınların bank hesabları dondurulmalıdır.

Qeyd edək ki, ötən il əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsindən sonra daha çox iranlı qadın çadralarını atıb. Məcburi geyim qaydalarına məhəl qoymadıqları üçün həbs olunma riski ilə üzləşən qadınlar hələ də ölkənin müxtəlif yerlərində hicabsız gəzirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »