Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edib.
Bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, səfər zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, bundan sonra ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış edəcəklər.
Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Gürcüstanın iqtisadiyyat naziri, XİN başçısı və hökumət aparatının rəhbəri də daxildir.