Goranboyda polis faciəvi şəkildə öldü

0

Goranboyda qəza olub.

Unikal.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən Yusif İbarahimov polis əməkdaşıdır.

 

Faktla bağlı araşdırma aparılır

Leave A Reply

Your email address will not be published.

Tərcümə »