Milli Məclisin (MM) plenar iclasında İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib.
Təklif spiker Sahibə Qafarova tərəfindən irəli sürülüb.
Komissiyanın sədri spikerin müavini Fəzail İbrahimli seçilib. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olublar.