İranla sərhəddə növbəti insident – 4 nəfər saxlanıldı

0

Aprel ayının 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprel ayının 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Nepal Federativ Demokratik Respublikası və 2 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »