ABŞ-ın nüfuzlu institutu Fazil Mustafaya sui-qəsdən YAZDI

0

ABŞ-ın nüfuzlu Müharibə Araşdırmaları İnstitutu (ISW) İranla bağlı son hesabatında Azərbaycan-İran münasibətlərinin gərginləşməsi və deputat Fazil Mustafanın güllələnməsi məsələsinə də diqqət ayırıb.

Modern.az ISW-nin rəsmi saytına istinadən xəbər verir ki, hesabatın mövzuya həsr olunmuş hissəsində deyilir:

“İran parlamentinin 210 üzvü Azərbaycanın İsraildə yeni açılan səfirliyini pisləyən bəyanat imzalayıb. Bəyanatda səfirliyin açılmasının Azərbaycan üçün çoxlu “mənfi siyasi nəticələr” ola biləcəyi ilə hədələnir. Bəyanat Tehran və Bakı arasında bir neçə gündür artan gərginlikdən sonra verilib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani bundan əvvəl İsrailin xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında İranla bağlı diskussiyasını pisləyib. Azərbaycan təhlükəsizlik orqanlarının martın 28-də azərbaycanlı deputat Fazil Mustafanın güllələnməsinə görə həbs etdiyi 4 şəxsdən 3 nəfəri İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Bir neçə azərbaycanlı parlamentari hücumda İranı günahlandırıb”.

Qeyd edək ki, ISW Azərbaycanda əsasən, Ukraynadakı müharibə ilə bağlı analitik materialları ilə tanınır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »