Yaponiya NATO-da daimi nümayəndəlik açır

0

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın tərəfdaşlarından olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini bildirib.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Stoltenberq və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarından sonra birgə bəyanatla çıxış ediblər .

Yaponiyanın Rusiya-Ukrayna müharibəsini pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Stoltenberq deyib: “İndi Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı sürətləndiririk”.

Stoltenberq Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib.

Yaponiya naziri Hayaşi qeyd edib ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »