QHT tələbələrlə millət vəkillərinin görüşlərini davam etdirir – Foto + Video

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşünə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri – Nərgiz Quluzadə və Raman İsmayılov qatılıb.

Tələbələri bu dəfə hüquqşunas alim, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəbul edib.

Ictimairey.az xəbər verir ki, öncə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib.

Daha sonra ölkədə dövlətin gənclərə qayğı və diqqətindən, həyata keçirilən proqramlardan, gənclərin bütün sahələrdəki fəallığından söhbətlər edilib.

Bəhruz Məhərrəmov qeyd edib ki, müasir dünyada gənclərin rolu dünyanın inkişafına təsirdə kəskin şəkildə dəyişib. Gənclər bir çox sahələrdə dəyişiklik edən fəal qüvvə kimi özünü göstərirlər. Onun sözlərinə görə, həmişə olduğu kimi, bu gün də gənc nəslin qarşısında bu məsələlər durur: müəyyən peşə, həyat təminatı. Amma bununla yanaşı, bugünkü gənclik müasir dünyaya çağırışlar edir, öz həyatını formalaşdırarkən vətəndaş mövqeyini ortaya qoyur, siyasi proseslərdə fəallıq göstərirlər.

Bu şəraitdə gənclərin dəstəklənməsi, onların təşəkkülü və formalaşması çox vacibdir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti də müxtəlif sahələri əhatə edir: gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının qorunması, respublikanın ictimai-siyasi və mədəni həyatında onların iştirakı. Bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Dövlətin yaratdığı geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Tələbələr də öz növbəsində ölkədə həyata keçirilən gənclər siyasətindən məmnun qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Görüşün sonunda millət vəkili tələbələrin suallarını cavablandırmaqla yanaşı, onlara bir sıra təklif və tövsiyələrini verib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »