Naxçıvan şəhərində 598 uşaq dispanser qeydiyyata götürülüb

0

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanası publik hüquqi şəxsin həkim briqadası Naxçıvan şəhər 1 nömrəli, aprelin 5-də isə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb və Naxçıvan Qızlar Liseyində şagirdləri müxtəlif müayinələrdən keçiriblər.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinalarinqoloq, endokrinoloq, stomatoloq və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası tərəfindən 3 məktəb üzrə ümumilikdə 981 şagirdin iştirak etdiyi müayinələr zamanı 40 nevroloji, 169 göz, 87 lor, 17 uroloji, 212 stomatoloji, 52 cərrahi və 21 pediatrik olmaqla, 598 şagird dispanser qeydiyyata alınıb.

Tibbi müayinələr zamanı uşaqlarda aşkar olunan xəstəliklər və yaxud sağlamlığın pozulması riski müəyyən edilərək dispanser qeydiyyata götürülən şagirdlər müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunublar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »