Ukraynada daha 178 sakin həlak olub

0

2023-cü ilin mart ayının 1-dən 31-dək Ukraynada 765 dinc sakin müharibənin qurbanı olub.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir. 

Məlumata görə, mart ayında Ukraynada 178 dinc sakin həlak olub, 587 nəfər yaralanıb.

Ən çox itkilərə geniş təsir zonasına malik partlayıcı silahlar səbəb olub. Ümumilikdə, Rusiyanın hücuma başlamasından bəri BMT Ukraynanın mülki əhalisi arasında 8451 nəfərin öldüyünü, 14156 nəfərin yaralandığını qeyd edib.

Döyüş bölgəsindən məlumatlar gec daxil olduğu üçün qurbanların real sayı xeyli çoxdur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »